NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Ramazan ab-havasını “Zafferano”da kəşf edin

Bakının tarixi hissəsinin mərkəzində yerləşən “Four Seasons Hotel Baku” Ramazan ayı boyunca qonaqlarını qarşılamağa tam hazırdır. Ramazan bayramını “Zafferano” restoranında qeyd edin və dostlarınız, ailənizlə ənənəvi atmosferdən həzz alın. Burada baş aşpaz Nikola Rossi və onun istedadlı komandası iftar üçün ideal təamlar və unikal kulinariya təcrübəsi ərsəyə gətirməklə bütün zövqlərə uyğun, geniş çeşidli ən yaxşı ənənəvi və beynəlxalq yeməkləri təklif edir.

"Bu Ramazan çox xüsusi olacaq, çünki biz ilk dəfə olaraq Ramazanın uzi və künəfə kimi əlamətdar yeməklərini təqdim edəcəyimiz ənənəvi açıq bufetimizi açacağıq" deyə baş menecer Mahmud El Keiy bildirib və Müqəddəs ayda qonaqları bu təcrübəyə qoşulmağa dəvət edir.

  •  
  •  
  •  
  •  
  •  
/

Xüsusi hazırlanmış bufetdə iftar süfrəsi üçün müxtəlif ləzzətlər, o cümlədən Yaxın Şərq mezzesi (doldurulmuş badımcan və bibər, humus, yağlı bibər, tabule, baba qanuş, muhammara, ləbnə), müxtəlif isti şorbalar, ləzzətli salatlar, dolma kimi məşhur Azərbaycan yeməkləri, kişmiş düyü ilə bütün körpə quzu ouzi, sambousek, qutab, pide, tam qızardılmış toyuq, lülə kabab, mal əti qabırğası, qızardılmış qızılbalıq kimi Yaxın Şərq mətbəxi təamları təqdim olunur, ardınca isə ağız sulandıran Künəfə, şokolad ilə zəngin desertlər guşəsi, şokolad fəvvarəsi, meyvə şişləri, türk paxlavası, portağal qabığı ilə düyü pudinqi, Umali, şokoladlı piroq, hər kəsin sevimlisi olan tiramisu, müxtəlif meyvələr və daha artığı təklif olunur.

Təcrübəni daha da maraqlı etmək məqsədilə qonaqlar orijinal Azərbaycan musiqisinin füsunkar melodiyaları ilə müşaiyət ediləcək və bu da, yemək təcrübəsinə mədəni zənginlik əlavə edəcək. Ramazanın ruhu ilə səsləşən və Azərbaycanın gözəl tarixinə ithafən ud, tar və kamança kimi valehedici ənənəvi alətlərdən və gözəl atmosferdən həzz alın.

Mart ayının 10-dan etibarən Ramazan ayı boyunca “Zafferano” restoranında iftar yeməkləri hər gün mövcud olacaq və bir nəfər üçün 95 AZN təşkil edəcək (pulsuz parkinq daxildir).

Ətraflı məlumat və rezervasiya üçün +994 12 404 2424 nömrəsi və ya [email protected] e-poçt ünvanı vasitəsilə otellə əlaqə saxlayın.

  •  
  •  
  •  
  •  
  •  
  •  
/