NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

Rəngarəng həyat

Jewellery MIRAS

İnsanın siması hər zaman onun daxili dünyasını əks etdirir, düşüncənin rəngdən məhrum olduğunu düşünmək səhvdir
Viktor Mari Hüqo

Uşaqlıqda atam tez-tez mənə kaleydoskop alardı. Mən saatlarla ona baxardım, əllərimi yavaşladardım ki, bir naxışın o birinə necə keçdiyini müşahidə edə bilim. Və hər dəfə düşünərdim: "Bu necə də gözəldir! Bax bu daha gözəldir… yox, indi daha da gözəldir..."
İndi böyüdükdə anlayıram ki, bu həyatı necə də simvolizə edir. Hər yaşın öz gözəlliyi və xüsusiyyətləri var, hansı yaşda daha yaxşı olduğunu demək isə çətindir. Hər yaşımı mən ayrıca qiymətləndirirəm, hər birində başqa cür xoşbəxt idim. Həyat heyranedici, şən və qəmli anlardan, ağrılı, ürək parçalayan duyğulardan və mənəvi yüksəlişlərdən, heyranedici fürsətlərdən və valehedici macəralardan, xoşbəxtlikdən, qüssədən və daha çox parlaq hissələrdən və emosiyalardan ibarətdir. Eynilə kaleydoskopdakı kimi…
Bu əlvan şüşələr - elə bizim həyatımızın parçalarıdırlar və yalnız birlikdə onlar rəngarəng və təkrarolunmaz bütöv bir tablonu təşkil edirlər. Heç kim onu başqasından kopyalamamalıdır, heç kim öz qaydalarını yürütməməlidir: Hər birimiz öz şedevrimizin yaradıcılarıyıq. Bəli - həyat Allah tərəfindən verilən vergidir, ondan şedevr düzəltmək yalnız bizim öz əlimizdədir. Hər bir kəsin öz həyat formulası var. Heç bir naxışın təkrarlanmadığın kimi, iki eyni həyat da olmur - həyat elə bununla da gözəldir. Özünüzü olduğunuz kimi qəbul edin. Hər bir kəs özünə görə idealdır, öz qüsurları ilə, əksiklikləri və üstünlükləri ilə, sadəcə onları qəbul etməyi öyrənmək lazımdır.

Anlar keçicidir. Yoxa çıxmamışdan əvvəl həyatın bütün ətirlərini duymaq, onun bütün rənglərini, parlaqlığını görmək üçün hər biri günü yaşamaq, hər anda burada və indi olmaq lazımdır.
Kaleydoskopun naxışlarına çox baxdıqca özümüzdə və taleyin bizə bəxş etdiyi hər bir həyati situasiyada daha çox gözəllik aşkar edirik. Yaradın, sevin, dəyər verin.

Ülviyyə Mahmudova,
baş redaktor