NARGIS
NARGIS MAGAZINE
Həyat tərzi

Teaching For Heroes: müxtəlif ölkələrdən olan uşaqlar üçün pulsuz onlayn kurslar

Bu çətin vəziyyətdə tibb işçiləri öz övladlarından uzaqda insanların həyatları uğrunda mübarizə apararkən, Qazaxıstandan olan bir yeniyetmə onlara dəstək verməyə qərar verdi və unikal Teaching For Heroes xeyriyyə lahiyəsini hazırladı. Bu layihə COVİD-19 virusu ilə qəhrəmancasına mübarizə aparan həkimlərin və tibb işçilərinin, eləcə də çoxuşaqlı az təminatlı ailələrin uşaqları üçün pulsuz onlayn ingilis dili kursu layihəsidir.

Belə bir mənalı ideya 16 yaşlı almaatalı gənc İlya Kanın ağlına iki həftəlik karantin müddətində gəlib. "Xəstəxanada olarkən mən qayğıkeş və mehriban tibb bacısı Akmaral ilə rastlaşdım. O, mənimlə 10 yaşlı oğlunun ingilis dili ilə məşğul olmasını istədiyini bölüşmüşdü, lakin işlə bağlı ondan ayrılmağa məcbur qaldığını və onlayn olaraq lazımı yaxşı materialları tapa bilmədiyini bildirmişdi. Məhz bu onu uşaqların pulsuz onlayn ingilis dili dərsləri keçə bilmələri üçün belə bir platforma yaratmağa şövq etdi. "İlkin olaraq mən tibb bacılarının, həkimlərin və digər tibb işçilərinin uşaqlarından başlamağa qərar verdim, bu şəkildə onlara minnətdarlığımı bildirmək, həmçinin biz tələbələrin bu çətin mübarizədə onları dəstəklədiyimizi göstərmək istədim".

Layihəyə 7 iyulda start verilib və cəmi 4 həftədən sonra bu təşəbbüsü müxtəlif ölkələrdən 931 könüllü dəstək verib: Qazaxıstan, Rusiya, Qırğızıstan, Azərbaycan, Belarus, Özbəkistan, Polşadan və sair. Bundan savayı 1800 şagird saytda qeydiyyatdan keçib. Bir çox könüllü – tələbələr və Oxford, Harvard, Brown, UCL kimi dünya universitetlərinin məzunlarıdır. İlya Kan özü hazırda ABŞ-nın ən öndə gedən Milton Academy məktəbində təhsil alır.

"İdeyanın böyük geri dönüşümünü görmək və bütün dünyadan mənimlə həmfikirlərin olduğunu bilmək çox xoş təəccübləndirmişdi. Bu qədər çox sayda müəllimlərin olması nəinki tibb işçilərinin, həm də polislərin, yanğın söndürənlərin, eləcə də aztəminatlı ailələrin uşaqlarına ingilis dili öyrətməyə imkan verdi – İlya bildirib. – Qeyd etmək istəyirəm ki, bu layihə biz tələbələr tərəfindən valideynlərimiz və böyüklərimizin hər hansı bir maliyyə dəstəyi olmadan həyata keçirilib. Hər bir şey TFH komandasının və minlərlə könüllünün entuziazmı nəticəsində həyata keçirilmişdir".

Tibb işçilərinin, polislərin, hərbiçilərin, yanğın söndürənlərin, həmçinin aztəminatlı və çox uşaqlı ailələrin 8-16 yaş arası uşaqları www.teachingforheroes.com saytına ərizə ilə müraciət edə bilər. TFH komandasının həmçinin Instagramda akkauntu mövcuddur.