NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

LALIQUE ALIZÉ – İNTERYERİN MƏRKƏZİNDƏ ÇƏKİSİZ BİR XƏFİFLİK

"Lalique" brendi "Air de Lalique" kolleksiyasının ikinci bölməsini açaraq interyer dizaynında hava ünsürünün bədii tədqiqatını davam etdirir.
2026-cı ildə "Lalique" brendi "Alizé" lampaları kolleksiyasını təqdim edib. Bu kolleksiyada büllur işıq, hərəkət və təəssürata çevrilərək məkana xəfiflik və xüsusi ritm bəxş edir.

Kolleksiyanın hər bir predmeti – portativ, iş və masaüstü, divar və tavan lampaları işıq və məkanla özünəməxsus şəkildə tandem yaradaraq formanın plastikliyi ilə funksionallığı birləşdirir.

"Alizé" kolleksiyasına daxil olan məmulatlar xəfif mehin yumşaqlığından ilhamlanaraq sanki küləkdə dalğalanan incə parça kimi süzülür. "Lalique"in büllur formaları "haute couture" siluetlərinə istinad edir, işıq və kölgənin zərif oyunu isə materialın xətləri və fakturasını vurğulayır.

İŞIQ İNTERYER MEMARLIĞININ BİR HİSSƏSİ KİMİ
"Lalique" "Alizé" kolleksiyasında işığın imkanlarını məkanın və onun ab-havasının formalaşdırılması alətlərindən biri kimi araşdırır. Hər bir məmulat interyerlə qarşılıqlı əlaqəyə girərək həcmlər, materiallar və fakturaları vurğulayır, eləcə də brendin məkanla aparılan işə müasir yanaşmasını meydana çıxarır.

"Alizé" asma, ayrıca dayanan və divar lampaları isti, zərif işıq saçaraq məkanı yumşaldır, sakit ab-hava yaradır. Şəffaflıq və tekstura oyunu bu lampaları interyerin müstəqil obyektlərinə çevirir – həm söndürülmüş, həm də yandırılmış halda.

  •  
  •  
  •  
/



BÜLLUR İLƏ İŞ USTALIĞI
"Alizé" lampaları Elzasda yerləşən tarixi "Lalique" manufakturasında əl ilə hazırlanır. Ənənələr, sirlər və büllur ilə iş üsulları, yüz ildən artıqdır ki, qorunur və nəsildən-nəslə ötürülür. Material ilə məşəqqətli iş – isti şüşədən tutmuş soyuq işlənməyə qədər – dəqiqlik, təcrübə və büllurun xüsusiyyətlərinə dair dərin bilik tələb edir.

Hər bir lampa bədii ideya və qəliz əl işinin birləşməsinin nəticəsidir. "Lalique" "Alizé" kolleksiyasında brendin sənətkarlıq ənənələri ilə müasir predmetli dizaynı vəhdət halına gətirir.

"LALIQUE"DƏN "ART DE VIVRE"İN MÜASİR İNTERPRETASİYASI
"Air de Lalique"in ikinci bölməsində "Alizé" kolleksiyası "Lalique"in "Art de Vivre"inin müasir interpretasiyasını davam etdirir. Formaların xəfifliyi və büllurun plastikası hava ünsürü obrazını ona birbaşa müraciət etmədən ötürür. Lampalar onun diqqətçəkən, eyni zamanda orqanik elementinə çevrilərək məkan təəssüratını dəyişməyə qadirdir.

"Alizé" kolleksiyasına sətinləşdirilmiş nikel və ya sətinləşdirilmiş qızılı elementlərə malik şəffaf büllurdan hazırlanmış portativ lampa və iş lampası, eynilə bu cür haşiyələnmə variantlarına və qoz ağacından təmələ malik şəffaf büllurdan hazırlanmış "Alizé XL" masaüstü lampası, sətinləşdirilmiş nikel və ya sətinləşdirilmiş qızılı elementlərə malik şəffaf büllurdan bir neçə formatda hazırlanmış divar lampası, eləcə də tavan lampaları daxildir.

Kolleksiyanın bütün məmulatları 28 May küçəsi, 5A ünvanında yerləşən "Ambiance" butikində artıq təqdim edilir. Əlaqə nömrəsi: +994 (12) 498-62-94 "Lalique" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/az/brands/lalique

"Italdizain" şirkəti haqqında

"Italdizain" şirkəti 1996-cı ildə təsis edilib. İlkin olaraq, Azərbaycanda mətbəx üçün keyfiyyətli İtaliya avadanlıqlarının distribütorluğunun həyata keçirilməsi üzrə ixtisaslaşıb. Daha sonra şirkət yeni istiqamətlər yaradaraq və onları aktiv şəkildə inkişaf etdirərək öz biznesini əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün "Italdizain" onlarla butiki özündə birləşdirən, zərgərlik məmulatları, saatlar, qab-qacaq, ev və interyer əşyalarının satışı üzrə ixtisaslaşmış böyük holdinqdir.

"Lalique" brendi haqqında
1888-ci ildə novator rəssam Rene Lalik tərəfindən əsası qoyulmuş "Lalique" brendi ideyanın cəsurluğunu, materiala qarşı diqqəti və yüksək sənətkarlığı birləşdirmiş özünəməxsus bədii dili sayəsində dünya miqyasında ad çıxarmışdır. Fransa büllur brendləri arasında ən tanınmışlardan biri olan "Lalique" əl işi, xarakterik dizayn və materialın unikal üsullarla işlənməsi ilə məşhurdur.
"Lalique"in ilk baxışdaca bilinən bədii dili incəsənəti gündəlik həyata inteqrasiya edir. Dekor və interyer predmetləri, zərgərlik əşyaları, parfümeriya, incəsənət əsərləri və qonaqpərvərlik sahəsinə dair layihələr "Art de Vivre Lalique"in müxtəlif istiqamət və imkanlarını meydana çıxarır.

"Lalique" məşhur rəssam və dizaynerlərlə əməkdaşlıq edir. Onlar arasında Zaha Hadid, Damien Herst, Aniş Kapur, İv Klayn, Arik Levi, Terri Rocers və Ceyms Tarrel kimi adları çəkmək olar. Bu layihələrdə büllur üzərindəki ənənəvi iş üsulları dəvət edilmiş rəssam və dizaynerlərin müəllif üslubu ilə birləşir.

1922-ci ildən etibarən "Lalique" məmulatları Elzasda yerləşən tarixi manufakturada əl ilə hazırlanır. Burada onillər ərzində toplanmış üsullar hələ də inkişaf etdirilir və tətbiq olunur.