NARGIS
NARGIS MAGAZINE
Bloqlar

ZEYNƏB CAHAN: APREL FİLMLƏRİ

Aprel ayı bütün sürətiylə davam edir və əhval dəyişikliyi arasındakı və pencək mövsümünə keçən müddətdə ciddi filmləri seyr etməyi təklif edirəm! Bahar kitablarını artıq seçmişik və düşündüm ki, seyr etdiyim ən yaxşı art house filmlərini xatırlayım və sizinlə paylaşım.

 

Art house, ya da başqa şəkildə desək "sənət evi" -  1940-cı illərdə ABŞ kinoteatrlarında müharibədən əvvələ aid və ya xarici müstəqil filmlərin yayımlanması ilə başlayıb. Əslində dəqiq tarix vermək çətindir - hələ Alman rejissoru Hans Richter çəkilmiş olan filmlər arasında "Ritm 21" filminin (1921) ilk abstrakt film olduğunu iddia edirdi. Hətta Sergey Enzeyşteynin Zirehli gəmi "Potyemkin" (1925) filmini də müasir art house sələfi adlandırmaq mümkündür. Hər halda, bu gün art house filmlərini geniş auditoriya üçün nəzərdə tutulmuş filmlər adlandırırlar, həmçinin "intellektual kino" və ya "özünü ifadə edən film" kimi də tanınır..

 

AMELİ. Jean-Pierre Jeunet, 2001 (Fransa) Le Fabuleux Destin d'Amélie Poulain 

İkinci sevidiyim ölkəyə qarşı olan həmrəylik hissinə görə fransız filmi ilə başlamıram. Sadəcə ona görə ki, Amelie Poulain, onun "möhtəşəm taleyi" və Yann Tiersen melodiyaları avanqard-kinomanların qəlbində "klassika" olaraq qalacaq. İlk başda bu film art house janrında planlaşdırılmışdı (əslində bu belədir), lakin bu gün romantik komediya kimi qəbul edilir. Həqiqətən də bu günə qədər çəkilmiş ən pozitiv art house filmidir! "IMDB" internet film bazasının versiyasına əsasən bu günədək çəkilmiş ən yaxşı top 250 film siyahısına daxil olub. Əgər siz hələ də bu filmi seyr etməmisinizsə, o zaman dərhal bu səhvi düzəltməlisiniz! Amelinin müəmmalı hekayəsini hər kəs öyrənməlidir: bu film sizi dünyamızda baş verən bütün hadisələrin, hətta ən əhəmiyyətsiz olanların belə, bir-biri ilə ən təəccüblü və möcüzəvi şəkildə bağlı olduğuna inanmağa məcbur edəcək!

                   file_1                  

DİVARA QARŞI. Fatih Akın, 2003 (Almaniya, Türkiyə) Gegen die Wand

Həyatına son vermək istəyirsənsə bunun üçün ölmənə gərək yoxdur

Dul kişi olan Cahit filmin əvvəlində çox da uğurlu olmayan intihara cəhd göstərir. Reabilitasiya mərkəzində həmvətini olan qadına rast gəlir və həmin qadın ona saxta evlilik sazişı təklif edir (onlar ikisi də Türkiyədən Almaniyaya mühacirət ediblər).

Sibel nə olursa olsun bir türklə evlənməlidir - çünki bunu valideynləri istəyirlər. Sonra isə o boşanıb və öz kefi üçün yaşamağı planlaşdırır.  İlk baxışda sadəlövh bir hekayənin gedişatı düşündüyünüz kimi olmur, elə təsəvvür yaranır ki, sonu "Happy End" olacaq. Əslində, Fatih Akın sizi iki individin - nə türk, nə də ki alman olanların dərin hekayəsinə qərq edir - hər iki dünyaya yad olan mələzlərin.

                  file                           

Grand Budapest Hotel. Wes Anderson, 2014 (ABŞ, Almaniya) The Grand Budapest Hotel

Grand Budapest, 2014-ci ildə Berlin Film Festivalında təqdim edilərək, münsiflər heyətinin qran-pri mükafatına layıq görülmüşdür və daha sonra çox sayda müxtəlif mükafatlar toplamışdı. Stefan Sveyqin hekayələrinin motivlərinə əsaslanan hadisələrin baş verdiyi uydurma Zubrovka şəhərində sərsəri həyatı keçirən yazıçıdan bəhs edən komediya, detektiv və kriminal filmdir. Hekayə xəttinin Avstriyalı müəllifdən alındığına baxmayaraq film tamamilə təkrarolunmaz İngilis yumoru ilə Britaniya filmidir. Grand Budapeşt Hotel - müəllif kinosunun son on ildə etik sonluğa malik ən maraqlı filmlərindən biridir. 

                 _

  

GƏNCLİK. Paolo Sorrentino, 2015 (İtaliya) Giovinezza                                               

Sorrentino, ən yaxşı xarici film nominasiyasında ("Böyük Gözəllik") Oskar alaraq ikinci şedevrini - hər şeyin keçici olması haqqında kinosunu çəkməyə yollanır. «Gənclikdə hər şey yaxın görünür, bu, gələcəkdir. Yaşlılıqda hər şey uzaq görünür. Bu keçmişdir». “Gənclik” filminə Michael Caine və Harvey Keitelin oyunlarına görə, Rachel Weiszın gözəlliyi və əbədi kədərinə görə, təkrarolunmaz və ampluasına heç uyğun gəlməyən Jane Fondaya görə, çox gözəl musiqi müşayiətinə görə baxmağa dəyər. Hər şey keçmişdədir, hər şey gənclikdədir.

                 file_3

SEVGİSİZ. Andrey Zvyagintsev, 2017 (Rusiya)

Deyirlər ki, ağır ya da daha düzünü desək əzablı boşanma haqqında filmin ideyası Zvyagintsevin ağlına Ingmar Bergmanın "Evlilik həyatından səhnələr" adlı kult filminin müzakirəsindən sonra gəlib. XXI əsrdə boşanmanın acınacaqlı süjetini açaraq rejissor Moskvanın reallığını bütün gerçəkliyi ilə, həmçinin insan ruhunun təbiətinin dərinliyini göstərir. Bu bazar günü filmi deyil. Əgər siz "Sevgisiz" filminə baxmağa qərar versəniz, o zaman geri dönməyən ümidsizlik hissinə hazır olun - film zamanı və filmdən sonra, uzun müddətə.

               file_2

 

  Zeynəb Cahan