NARGIS
NARGIS MAGAZINE
Həyat tərzi

COACHELLA: MÖHTƏŞƏM MUSİQİ FESTİVALI

Kaliforniya. Bəziləri üçün bu Sakit okeanın sahilidir və ya Yapon restoranının menyusundakı yeməyin adıdır. Ancaq bu gün "Kalifornia" dərhal Coachella haqqında düşünən melomanların ən parlaq notaları ilə səslənir.

coachella01

Coachella – ən böyük və ən gəlirli müstəqil musiqi festivallarından biridir. Ənənəyə görə bu musiqi festivalı hər il aprel ayında keçirilir.

Parlaq lineup (ifaçıların siyahısı) və möhtəşəm headliner (arasında Björk, Red Hot Chili Peppers, AC/DC, Lady Gaga və başqa əsas müğənnilərin olduğu) seçməsindən savayı təşkilatçılar yaxşı musiqi həvəskarlarını «surprise performers» ilə cəlb edirlər. İki dəvət olunmuş ulduzun adı səhnəyə çıxana qədər gizli saxlanılır.

 coachellaaaa

Festivalın fərqli bir xüsusiyyəti də onun üslubudur. Ulduzlar və adi tamaşaçılar diqqətlə bohem və hippi mədəniyyətinin qarışığı olan boho-chic stilistikasından götürülmüş parlaq obrazlar seçirlər: lələklər, kovboy şlyapaları, denim, croche-tops, yüngül yarışəffaf libaslar, zərlər…

coachella2

Bu il festival 13 aprel tarixində başlayıb və 22 aprelə qədər davam edəcək. Festivalın headliner'ləri olaraq Beyoncé və Eminem elan olunub.

beyonce_coachella