NARGIS MAGAZINE
Dəb

NYU-YORKDA MODA HƏFTƏSİNDƏ AFFFAİR NÜMAYİŞİ

Ötən axşam Nyu-Yorkda keçirilən Moda Həftəsində Rüfət İsmayılın Afffair brendinin təqdimatı keçirildi. Dizayner klassik axşam palitrası ilə kifayətlənib: qara, gümüş, qızıl və tünd göy. Hər bir model zəngin şəkildə bəzədilmişdir, tikişlərin, fakturanın və monoxrom detalların ahəngi olduqca dəbdəbəli görünür. Hipertrofiyalı çiyinlər isə yüksək kəsimlərin açıqlığını və dekolteni tarazlaşdırır. Müasir qadınlarda bir-birinə qətiyyən zidd olmayan güc və seksuallıq bu cür uyğunlaşır.

Materialların qismən və ya tam istifadəsinə yalnız saytdakı materialın birbaşa ünvanına keçid etmək şərti ilə icazə verilir.