NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

BURBERRY-NİN ALOVU SÖNÜB

Bu yay Burberry ətraf mühit mühafizəçilərinin qəzəbinə məruz qalıb. Burberry tərəfindən dərc olunmuş hesabatda qorxunc rəqəm göstərilmişdir: 36.8 milyon dollar - bu, Burberry brendinin icazəsiz satılma imkanını istisna etmək üçün yandırdığı satılmayan malların dəyəridir. Əslində tələbat olmayan məhsul əvvəlki illərdə də məhv edilirdi, lakin bu dəfə investorların bir sıra suallarının yaranması üçün bu məbləğ kifayət idi. Və budur, bu yaxınlarda həqiqi dəridən imtina edərək PETA təşkilatının sevincinə səbəb olan Burberry elan etdi ki, bundan sonra məhsulunu yandıraraq ətraf mühiti çirkləndirməyəcək. İndi satılmayan məhsullar yenidən emal ediləcək və ya xeyriyyəçilik üçün istifadə olunacaq.