NARGIS MAGAZINE
TƏDBİRLƏR

11-12-13 yanvar

Cümə günü Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edir. Konsertin bədii rəhbəri orkestrin baş dirijoru - xalq artisti Fuad İbrahimov olacaq.

 Harada: Azərbaycan Dövlət Akademik Filarmoniyası

Nə zaman: 11 yanvar, 19:00

 

Atçılıq Federasiyası yeni ildə ilk at yarışı keçirəcək.

 Harada: Binə Atçılıq Mərkəzi

Nə zaman: 11-12 yanvar, 11:00

 

Şənbə günü - uşaqlarınızın erudisiyasını yoxlamaq və onlarda teatr sənətinə maraq oyatmaq üçün gözəl bir gündür. Uşaqlar nəinki sevimli nağıllarının qəhrəmanlarını görəcək, həm də sadə tamaşalarda və maraqlı oyunlarda iştirak edə biləcəklər. 

 Harada: Rus dram teatrı

Nə zaman: 12 yanvar, 12:00

 

Donitsettinin "Sevgi İçkisi" operası ilk dəfə 1832-ci ildə Milan şəhərində səhnələşdirilmişdir və artıq 187-ci ildir ki, dünyanın ən yaxşı opera teatrlarının səhnələrində göstərilir. Qaçırmayın!

 Harada: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Nə zaman: 12 yanvar, 19:00

 

Pol Sezannın yaratdığı əlli portretdən ibarət sərginin ekran versiyasını görməyə dəyər: rəssamın ən sirli və araşdırılmamış janrı olan portretə işıqlandırılacaq.

HaradaPark Cinema, Flame Towers

Nə zaman: 13 yanvar, 13:00

 

Bakıda ilk dəfə milyonlarla uşaqların sevimli "Düşərsən, əlimə!" ("Ну, погоди!") cizgi filminin motivləri əsasında yeni il şou-tamaşası çıxış edəcək!

 Harada: Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu

Nə zaman: 13 yanvar, 12:00

 

Bazar axşamı üç pərdədən ibarət "Leyli və Məcnun" operasını dinləmək olar, dirijor əməkdar incəsənət xadimi, Azərbaycanın ilk qadın dirijoru Sevil Hacıyevadır.

 Harada: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Nə zaman: 13 yanvar, 19:00