NARGIS MAGAZINE
Həyat tərzi

Celentano Tribute Show

Bir il əvvəl dünya ulduzu Adriano Celentanonun 80 illiyi münasibətilə yaradılmış unikal italyan layihəsi Celentano Tribute Show ilk dəfə Bakıda keçiriləcək. Adriano Celentanonun ən sevimli xitləri və performansları Maurizio Schweizerin təqdimatında Azərbaycan tamaşaçısına təqdim olunacaq.

Yarım əsrdir ki, Adriano Celentano İtaliya şou və musiqisinin ən sevimlisidir. Nə etdiyinə baxmayaraq, o hər zaman təəccübləndirməyi bacarır. Onun uğurlarını üç nəsil qeyd edir.

Celentano Tribute Show bir çox dünya ölkələrində konsert proqramı ilə çıxış edərək, tamaşaçıları valeh edir. Buna misal olaraq, hər ay Moskvanın Crocus City Hall konsert zalında keçirilən unudulmaz şouları qeyd etmək olar.

Bundan başqa, şou ABŞ teatrlarında da böyük uğurla nümayiş etdirilir. Fransa, Ukrayna, İspaniya, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Moldova və sair ölkələrdə də uğur qazanan şou indi Azərbaycanda geniş tamaşaçı kütləsinə ilk dəfə təqdim olunacaq.

Şou 13 fevral 2019-cu il tarixində Heydər Əliyev adına Sarayda keçiriləcək. Hələlik isə Çelentanonun ən hazırcavab ifadələrini xatırlayırıq:

[IG_1135]